Zaqatalada kafe yanıb.

"Unikal" xəbər verir ki, yanğın şəhərin A.Qardaşov küçəsində baş verib. Yanğın yerinə  Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 350 k/m olan kafenin, 120 k/m mətbəx hissəsi tamamilə yanıb, obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli