500-ə yaxın yük maşını Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars beynəlxalq keçid məntəqəsində qalıb. 

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, buna səbəb qarlı hava şəraiti səbəbindən Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yolun qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün bağlanmasıdır. 

Hazırda 300-ə yaxın Ermənistana məxsus yük maşını Yuxarı Lars beynəlxalq keçid məntəqəsindən Rusiya Federasiyası istiqamətində Gürcüstan tərəfində, 200-ə yaxını isə Ermənistan istiqamətində Rusiya tərəfində qalıb. 

Nuranə Abbasova