Yəmənin "Ənsar Allah" (Husi) üsyançı hərəkatı BMT-nin ABŞ və Böyük Britaniya vətəndaşlığı olan əməkdaşlarına ölkəni tərk etmək üçün bir ay vaxt verib.

"Unikal" xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı BMT-nin Sənadakı nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, husilər açıq şəkildə bildiriblər ki, BMT ABŞ və ya Britaniya vətəndaşlığı olan işçiləri "Ənsar Allah"ın nəzarəti altında olan ərazilərdə işə cəlb etməməlidir.