Mingəçevirdə 65 yaşlı qadını maşın vurub.

"Unikal"ın məlumatına görə, "Lexus" markalı minik maşını yolu keçən 1959-cu il təvəllüdlü piyada Əzizova Güldanə Rza qızını vuraraq ona xəsarət yetirib.

Yaralı piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov