Türkiyə parlamentindəki müzakirələrdən sonra İsveçin ərizəsinin ratifikasiyası üçün səsvermənin keçirilməsi gözlənilir.
"Unikal" xəbər verir ki, Türkiyənin iki müxalifət partiyası - Səadət və İYİ çərşənbə axşamı Türkiyə parlamentində keçirilən səsvermədə İsveçin NATO-ya üzvlük protokolunun ratifikasiyasına qarşı çıxmaq niyyətlərini açıqlayıb.
Türkiyə Böyük Millət Məclisində (TBMM) çərşənbə axşamı axşam İsveçin NATO-ya üzvlük protokolunun ratifikasiyası ilə bağlı müzakirələr başlayıb. Debatın sonunda səsvermə gözlənilir.
Partiyaların nümayəndələri - deputatlar Mustafa Kaya və Koray Aydın müvafiq olaraq ratifikasiyanın əleyhinə səs vermək niyyətində olduqlarını açıqlayıblar.
Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün ərizə təqdim ediblər. Finlandiya aprelin 4-də NATO-nun 31-ci üzvü olub. İsveçin müraciəti hələ də İsveç və Türkiyədən təsdiq almayıb.
Türkiyənin iki müxalifət partiyası İsveçin NATO üzvlüyünə qarşı çıxacaq
21:47 23-01-2024
DÜNYA
XƏBƏR LENTİ
13:20
13:09
13:05
12:55
Sabah 35° isti olacaq
12:55
12:48
12:28
12:19
12:16
12:15
12:02
11:38
11:36
11:13
10:54
10:44
10:27
10:18
10:03
09:56
09:52
09:24
09:19
"Brent" ucuzlaşdı
09:19
Daha çox yüklə





















































