"Evdə tək" filminin ulduzu Devin Ratrey ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə TMZ 47 yaşlı sənətçinin ailə üzvünə istinadən məlumat yayıb .
Məşhur ailə komediyasında Buzz Makkallister adlı obrazı canlandıran aktyor - baş qəhrəmanın böyük qardaşı sağalmaq və həkimin göstərişlərinə əməl etmək üçün artıq evə göndərilib.
Xəstəxanaya yerləşdirilməsinə nəyin səbəb olduğu məlum deyil.