Rusiya xarici işlər naziri Sergey Lavrov Dəməşqə son hücumdan sonra İsraili Suriyaya hücumları dayandırmağa çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, CBS kanalına müsahibəsində danışıb. 

"Biz İsraili Suriyaya, o cümlədən Dəməşq və Hələb hava limanlarına hücumları dayandırmağa çağırırıq. Yeri gəlmişkən, bu, humanitar yardımın çatdırılmasını dayandırır. Biz siyasi qətllərə son qoymağa çağırırıq. Dəməşqdə İran SEPAH-ın bir neçə ofisi raketlə vurulub. Görünür, raketlər İsrailə aid olub”, - deyə Lavrov qeyd edib. 

Nuranə Abbasova