Şahzadə Harri Uels şahzadəsi Keyt Middlton və Böyük Britaniya kralı III Çarlzın səhhəti ilə əlaqədar kral ailəsi ilə münasibətləri yaxşılaşdırmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Daily Mirror məlumat yayıb.

Materialda qeyd olunur ki, şahzadə özünü günahkar hiss edir və vətəninə qayıtmağı düşünür.

"Çox şey baş versə də, belə vaxtlar ona həyatın qısa olduğunu və ailənin vacib olduğunu xatırlatdı", - deyə mənbə qeyd edib. 

Qeyd edək ki, III Çarlzda prostat xəstəliyi aşkarlanıb. 

Keyt Middlton isə əməliyyat olunub.