ABŞ Yəmənə yeni zərbə endirib və Husilərin nəzarətində olan ərazilərdə iki ballistik raketi məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib.
“Yanvarın 24-də Səna vaxtı ilə təxminən saat 02:30-da ABŞ Mərkəzi Komandanlığı Husilərə məxsus iki gəmi əleyhinə raketlə hücum edib”, - deyə məlumatda bildirilir.
Bəyanatda ABŞ qüvvələrinin özünümüdafiə məqsədi ilə raketləri vuraraq məhv etdiyi qeyd edilib.