Dünən Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni türkoloq Varujan Geqamyan açıqlayıb. 

Onun sözlərinə görə, qanuna görə, bu qərar hələ də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənməlidir. 

Geqamyan qeyd edib ki, Türkiyə bu istiqamətdə siyasi və diplomatik ustad dərsi keçib: "Ötən 2 il ərzində Türkiyə bu sadə vəziyyətdən maksimum yararlandı. NATO daxilində siyasi çəkisini artırdı və bununla da öz kimliyini artırdı. Rusiya ilə münasibətlərində əlavə manevr imkanı əldə etdi. ABŞ-ni onunla 2018-ci ildən dondurulmuş qabaqcıl hərbi texnologiyaların tədarükü ilə bağlı danışıqları bərpa etməyə məcbur etdi. Terrorçuların İsveçdə və bütün Avropada fəaliyyətini məhdudlaşdırdı və çətinləşdirdi. Bir sözlə, siyasi və diplomatik ustad dərsi keçdi".

Ağarza Elçinoğlu