ABŞ-nin Massaçusets ştatında yaşayan təqaüdçü qadın tətilə getdiyi lüks hoteldə çox nadir xəstəliyə tutularaq dünyasını dəyişib. 

“Unikal” xəbər verir ki, 71 yaşlı qadının qaldığı "Mountain View Grand Resort & Spa" hotelində cakuzidəki su səbəbindən xəstələndiyi təxmin edilir. Onun əri Henri  Barbara Kruschvitzun hoteldə ölümcül xəstəliyə tutulduğunu və bundan sonra dünyasını dəyişdiyini bildirib. 

Qeyd edək ki, legioner xəstəliyi pnevmoniyanın ağır forması olan infeksion bir xəstəlikdir. Xəstəlik insanın tənəffüs sisteminə, mədə-bağırsaq traktına, sinir sisteminə və böyrəklərinə təsir edir. Legionerlərin xəstəliyi çox vaxt ölümcül olur.

Zərifə Nağıyeva