Ukraynada pişiklərin müharibəyə cəlb olunmasına icazə verilib. 

"Unikal" "Politico"ya istinadən xəbər verir ki, müharibədə pişiklər əsgərlərə emosional dəstək heyvanları kimi kömək edirlər. 

Pişiklər adətən Ukrayna ordusunun mövqelərinə yaxınlıqdakı kəndlərdən və ya müharibə nəticəsində dağılmış şəhərlərdən gətirilirlər. Beləliklə, onlar həm də qorunmuş olurlar. 

Götürülmüş pişiklər, həmçinin səngərlərə soxulan və Starlink peyk rabitə kabellərini və avtomobil naqillərini çeynəyən siçanlara qarşı öz mübarizə aparır, qida ehtiyatları və hərbi avadanlıqların məhv edilməsinin qarşısını alırlar. 

Ağarza Elçinoğlu