Venesuelada prezident Nikolas Maduroya və müdafiə naziri Vladimir Padrinoya sui-qəsd planlaşdırdığı iddia edilən 32 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında əsgərlər də var.  

"Unikal" xarici KİV-ə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilliam Saab mətbuata açıqlama verib.

O, bütün şübhəlilərin məhkəmə orqanları ilə əməkdaşlıq etdiyini və sui-qəsd planının təfərrüatlarını paylaşdıqlarını bildirib. Saab, məsələ ilə bağlı aparılan istintaq çərçivəsində bir sui-qəsd planı da daxil olmaqla 5 ayrı sui-qəsdin üzə çıxarıldığını iddia edib.

Venesuelanın baş prokuroru həmçinin mühacirətdə olan 11 nəfərin həbsinə order verildiyini açıqlayıb. 

Venesuela hökumətinin sui-qəsd planı ilə bağlı yaydığı açıqlamada  müxalifət lideri Mariya Korina Maçadonun da yer alması diqqət çəkib.Baş prokuror Saab bildirib ki, məsələ ilə bağlı başqa həbslər də ola bilər.

Tez-tez ABŞ-nin, müxalifətin və narkotik qruplarının onu devirmək istədiyini iddia edən Nikolas Maduro yanvarın 15-də sui-qəsd planı ilə bağlı partiyasının üzvlərini məlumatlandırıb və bəzi dövlət məmurlarının işdən çıxarıldığını açıqlayıb.

Gülayə Mecid