Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.
Rusiya teleqram kanallarının məlumatına görə, təyyarədə olan 74 nəfərin hamısı ölüb.
***12:56
Rusiyanın Belqorod vilayətində təyyarə qəzası baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb", - deyə məlumatda qeyd olunub.
Hadisənin digər təfərrüatları məlum deyil.
Ağarza Elçinoğlu