Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"İkitərəfli və regional əlaqələri müzakirə etdik. Terrorla mübarizədə birgə fəaliyyət göstərməyimizin vacibliyini vurğuladıq. PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinə toxunduq", - Ərdoğan bildirib.

Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.

xxx

16:38

İran prezidenti İbrahim Rəisi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, tərəflər arasında görüş Ankarada baş tutur.

***14:44

İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi Türkiyəyə səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Təsnim" agentliyi məlumat yayıb. 

O, yola düşməzdən əvvəl Tehranın Mehrabad hava limanında açıqlama verib: "Türkiyənin möhtərəm prezidentinin iki ölkənin ortaq yüksək nümayəndə heyətinin formalaşdırılması, həmçinin ikitərəfli münasibətlərin inkişafı və iqtisadi məsələlərlə bağlı danışıqlar aparılır.

Türkiyə qonşu müsəlman ölkəsi və İranın mühüm ticarət və iqtisadi tərəfdaşıdır. Biz ticarət və iqtisadi əlaqələrimizin 30 milyard dollara çatmasını hədəf seçmişik. Həmçinin səfər zamanı iki ölkənin əlaqələrini inkişaf etdirmək iradəsini göstərən mühüm sənədlər imzalanacaq".

Ağarza Elçinoğlu