“VAR otağında oturan hakimlər “Real Madrid”in təzyiqi səbəbindən öz vəzifələrini düzgün yerinə yetirmirlər”.
"Unikal" xəbər verir ki, bu sözləri “Barselona” klubunun prezidenti Joan Laporta hakimlərin idarəçiliyi barədə İspaniya mətbuatına müsahibəsində deyib.
Funksioner ədalət təmsilçilərinin “Real Madrid” – “Almeriya” matçında (3:2) “kral klubu”nun lehinə qərarlar verdiyini söyləyib: "Santyaqo Bernabeu” sadionunda oynanılan görüşün epizodları VAR-da yenidən nəzərdən keçirildi. Bütün nəticələr baş hakimin verdiyi qərarlara zidd idi. VAR sistemi hakimlərə kömək üçün gəlib. Lakin bundan sui-istifadə edirlər”.
“Barselona”nın baş məşqçisi Xavi Ernandesin İspaniya çempionluğu ilə bağlı fikirlərinə də münasibət bildirən J.Laporta əlavə edib: “Mən hər zaman Xavinin dedikləri ilə razılaşıram. Amma çətin olsa da, mövsümün sonunda İspaniya La Liqasını qazanacağıq. Əminəm ki, ”Barselona” daha da irəli gedəcək və biz çempionluğa əsas namizədlərdən olacağıq. Mən Xaviyə və komandaya inanıram”.