Ukraynanın taleyi, əsasən, onun Qərb müttəfiqlərinin hərəkətlərindən asılıdır və 2024-cü il bunda həlledici ola bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib. 

Şapps qeyd edib ki, Rusiya müharibə xərclərini artırır və daha nə qədər hərbi qüvvəsini cəbhəyə cəlb edəcəyindən narahat deyil: "Putinin qalib gəlməsinə imkan vermək olmaz. Putin hesab edir ki, bizim kifayət qədər strateji səbrimiz yoxdur. Və biz onun yanıldığını sübut etməliyik. Ukraynanın taleyi ABŞ-nin əlindədir. Və biz onları ruhdan sala bilmərik".

Ağarza Elçinoğlu