Pentaqonun məqsədi Ukraynanın 2024-cü ildə ilk Amerika F-16 qırıcılarından istifadə etməyə başlamasıdır. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin köməkçisi Selest Uollander bildirib.

Pentaqonun rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi deyib ki, Vaşinqton Rusiyaya qarşı mübarizənin əvvəlki iki ilində olduğu kimi Ukraynaya hərbi yardım göndərə bilməz: "Bir neçə ukraynalı pilot ABŞ Hərbi Hava Qüvvələrinin bazasında təlim keçir və məqsəd Ukraynanın bu ilin sonunda həmin təyyarələri istifadə etməyə başlamasıdır". 

Ağarza Elçinoğlu