Rusiya Xarici İşlər Nazirliyi bu gün Belqorod vilayətində təyyarənin qəzaya uğramasında Ukraynanı günahlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN açıqlayıb.
"Ukrayna ordusunun əsirlərini daşıyan İl-76 hərbi-nəqliyyat təyyarəsinə hücum Kiyevin ağılsız vəhşiliyidir. Bu, hər hansı razılaşmaların mümkünlüyünü şübhə altına alır", - nazirlik qeyd edib.
Rusiya KİV-in məlumatına görə, içində 65 hərbi əsir olan təyyarə Ukrayna ərazisindən raketlərlə vurulub.
Ağarza Elçinoğlu