Almaniya kansleri Olaf Şolts “Die Zeit” qəzetinə verdiyi müsahibədə, onun vaxtından əvvəl istefa vermək niyyətində olduğu haqda məlumatı təkzib edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Almaniya Sosial Demokrat Partiyasının (SPD) kanslerdən səlahiyyətlərin vaxtından əvvəl ötürülməsi tələbi ilə bağlı şayiələri "nağıl" adlandırıb. 

Eyni zamanda, Şolts hökumətin hərəkətlərinə və hakim koalisiyanın populyarlıq reytinqinin aşağı düşməsinə görə məsuliyyət daşıdığını etiraf edib.

“Kansler kimi hökumətə cavabdehəm. Nöqtə!”, - deyə siyasətçi yekunlaşdırıb.

Nuranə Abbasova