Avropalılar Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə genişləndirməlidirlər.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib.

“Avropa Ukraynaya özünü müdafiə etmək üçün daha çox kömək etməlidir.
Avropa ölkələrinin 2024-cü il üçün ayırdığı vəsait hələ də yetərli deyil”, - Şolz bildirib.

Almaniya kansleri hər bir ölkənin Kiyevə “yardımı əhəmiyyətli dərəcədə genişləndirə biləcəyini” nəzərdən keçirməyə çağırıb.

O, həmçinin qeyd edib ki, Berlin artıq "bütün digər Aİ ölkələrindən daha çox etdiyi halda Almaniyanın həmişə kifayət qədər iş görmədiyi üçün tənqid edilməsi onu olduqca əsəbiləşdirir.

" Avropanın Ukraynaya silah tədarükünün yarıdan çoxu Almaniyadan gəlir və “uzunmüddətli perspektivdə bunu təkbaşına edə biləcəyimizi düşünmək təkəbbürlük olardı”- deyə Almaniya kansleri bildirib.