"Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistan tərəfinə aidiyyəti yoxdur, Moskva və Bakının məsələsidir".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.

"Hər kəs Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra da bizim Qarabağda faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil. Bu, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir", - deyə nazir bildirib.

Nuranə Abbasova