Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ABŞ-ın nüvə silahını NATO-ya üzv olan beş ölkənin ərazisində yerləşdirdiyini iddia edir.

"Unikal" xəbər verir ki, Amerika tərəfi bunu uzun onilliklərdir ki, edir. Nazir iddia edir ki, bu dövlətlərin vətəndaşlarına nüvə silahından istifadə üzrə təlimlər keçirilir.

2023-cü ilin iyulunda Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bəyan etdi ki, Rusiya taktiki nüvə silahlarının hipotetik olaraq Belarus ərazisindən çıxarılması yalnız ABŞ və NATO-nun dağıdıcı kursdan əl çəkəcəyi təqdirdə mümkün olacaq.