Türkiyə ilə İran arasında yeni sərhəd keçid məntəqələrinin açılması gündəmdədir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə-İran Biznes Forumu”nda çıxışı zamanı bildirib.

O qeyd edib ki, iki ölkənin sərhəd əyalətlərinin iqtisadi inkişafının artırılmasına yönəlmiş ticarət mərkəzləri üzərində işlər davam edir.

Ərdoğan onu da vurğulayıb ki, Türkiyə İranla iqtisadi və ticari əlaqələrini sanksiyalara görə dayandırmadı və bundan sonra da kəsməyəcək.