“Hizbullah geri addım atmasa, bunun əvəzini bütün Livan ödəyəcək”.

"Unikal" xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Katz britaniyalı həmkarı Kemeronla görüşündən sonra deyib.

İsrailin xarici işlər naziri Yisrael Katz bəyan edib ki, Hizbullah İsrail sərhədindəki münaqişələrdən geri çəkilməsə, bunun əvəzini bütün Livan ödəyəcək.

Katz və İsraildə rəsmi səfərdə olan ingilis həmkarı David Cameron arasında keçirilən görüşdən sonra İsrail Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Bəyanatda İsrailin xarici işlər naziri, "İran və onun bölgədəki silahlarına qarşı addım atmaqdan çəkinməyəcəyik. Hizbullah geri addım atmasa, bunun əvəzini bütün Livan ödəyəcək" 

Katz bir daha qeyd edib ki, İsrail “Həması məhv etmək və bütün israilli məhbusları geri qaytarmaqda qərarlıdır”.

İngiltərə Xarici İşlər Naziri Camerondan Qətərə səfərindən əvvəl İsrailli məhbusları azad etmək üçün nüfuzundan istifadə etməsini istəyən Katz həmkarından Qətərə bu mövzuda səy göstərməsi üçün təzyiq göstərməsini istəyib.

Qeyd edilib ki, Katz və Kemeron Qəzzada israilli məhbusların ailələri ilə də görüşüblər.

İsrail baş nazirlik ofisindən verilən açıqlamada baş nazir Benyamin Netanyahunun Qərbi Qüdsdəki ofisində Kemeron ilə görüşdüyü bildirilib.

İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Kemeronun bu həftə bölgədəki yüksək səviyyəli liderlərlə təmaslarında Qəzzaya daha çox humanitar yardımın çatdırılması, məhbusların azad edilməsi və davamlı, daimi atəşkəsə nail olunmasına diqqət yetirəcəyi bildirilib.

Açıqlamada Kemeronun İsraildə baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Yisrael Katz ilə görüşəcəyi və Qəzzaya humanitar yardımların sürətlə və əhəmiyyətli dərəcədə artırılmasına çağıracağı və ölkəsinin mülki itkilərin sayının çox olması ilə bağlı narahatlığını çatdıracağı qeyd edilib.