Fransa Rusiyanın yanvarın 24-də vurulan İl-76 ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi tələbini rədd edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Daimi Nümayəndəliyi məlumat yayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edib.

Çərşənbə günü Ukrayna Silahlı Qüvvələri 65 ukraynalı əsiri mübadilə üçün daşıyan İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayəti üzərində vurub. Təyyarədə olan bütün məhbuslar, həmçinin altı ekipaj üzvü və üç onu müşayiət edən şəxs - cəmi 74 nəfər həlak olub. Məlumata görə, İl-76-nın bütün ekipajı ölümündən sonra dövlət mükafatları ilə təltif olunacaq.