Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiya ilə ABŞ arasında təmasların olmadığını açıqlayıb.

"Unikal" xəbər verir ki, XİN rəhbərinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında iki ölkə arasında münasibətlərin səviyyəsi aşağıdır, praktiki olaraq heç bir dialoq yoxdur.

O, bildirib ki, tərəflər yalnız ABŞ-dakı və onların Rusiyadakı diplomatik nümayəndəliklərinin iş şəraitini müzakirə edirlər. Xarici işlər naziri qeyd edib ki, hətta iki ölkənin diplomatik nümayəndəliklərinin işi müzakirə edilərkən də Vaşinqton birtərəfli üstünlüklər əldə etməyə çalışır.