Çində Qırğızıstanla sərhəd yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal"ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər verib.

Məlumata əsasən, təbii fəlakətin episentri Çinin Aksu qəzasından 146 km qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.