NATO ölkələrinin sakinləri Ukrayna böhranından yorulub və Rusiyanın mümkün məğlubiyyətinə inanmırlar.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Qərbdə az adam Ukraynaya böyük maliyyə yardımı göstərməyin məqsədəuyğun olduğunu görür və heç kim başa düşmür ki, Qərb ölkələrinin əhalisi buna görə niyə narahatçılıq keçirməlidir.

Narışkin əlavə edib ki, siyasətçilər ABŞ və ya Avropa ölkələrinin əhalisini fərqli düşünməyə məcbur etmək üçün onları Rusiyadan təcavüz ehtimalına inandırmağa çalışırlar.

Gülayə Mecid