ABŞ Demokrat Partiyasının üzvləri Ağ Evin hazırkı rəhbəri Co Baydenin seçkilərdə qalib gələcəyinə inanmırlar.

"Unikal" xəbər verir ki, bu  barədə "Bloomberg" nəşri məlumat yayıb. 

Adının açıqlanmasını istəməyən bəzi Demokrat millət vəkilləri agentliyə bildiriblər ki, Trampla revanş döyüşü ehtimalı artdıqca, Demokratlar Partiyasının daha çox üzvü Baydeni kampaniyada autsayder kimi görür.

"Pərdə arxasında narahatlıq ictimai həmrəylik nümayişi ilə ziddiyyət təşkil edir", -  deyə agentlik qeyd edir.

Qeyd olunur ki, narahatlığa səbəb Baydenin 81 yaşı, eləcə də yüksək qiymətlər və Qəzzadakı müharibə səbəbindən səslərini itirməsidir. 

Gülayə Mecid