Kanadanın Arktika Şimal-Qərb Ərazilərində kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, bir nəfər isə sağ qalıb. 

Təyyarə yanvarın 22-də Fort Smith yaxınlığında qəzaya uğrayıb. Yenilənmiş məlumata görə, iki ekipaj üzvü və dörd sərnişin həlak olub. Digər sərnişin yaralanıb xəstəxanaya yerləşdirilib. 

Ağarza Elçinoğlu