Rusiyanın Krasnodar vilayətinin Tuapse şəhərindəki neft emalı zavodunda güclü yanğın baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğınla mübarizəyə 99 nəfər canlı qüvvə və 31 texnika cəlb olunub. 

İlkin məlumata görə, itki yoxdur. Yanğının səbəbi barədə rəsmi məlumat verilməyib.

Neft emalı zavodunda baş verən yanğın zamanı Soçi hava limanı bağlanıb. Qeyd edək ki, zavod Qara dəniz sahilində yerləşir. 

Ağarza Elçinoğlu