Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində göyərtəsində öz hərbi əsirləri olan İl-76 təyyarəsini Belqorod yaxınlığında vuran ukraynalı hərbçilərinin hərəkətini dəhşət adlandırıb. 

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat yayıb. 

"Əsirlərin dəyişdirilməsi tam sükutla baş verən prosesdir. Ukraynalıların evdə olması lazım olan əsir vətəndaşlarını sözün əsl mənasında bir gündə öldürməsi tamamilə dəhşətdir. Bu, sadəcə olaraq dəhşətdir", - o qeyd edib.

Kreml nümayəndəsi aydınlaşdırıb ki, hadisənin təfərrüatları artıq səlahiyyətli orqanlar tərəfindən dəqiqləşdirilir. 

Xatırladaq ki, 24 yanvar tarixində Rusiya Müdafiə Nazirliyinin İl-76 təyyarəsi Ukrayna SQ tərəfindən vurulub. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və  9 rus həyatını itirib. 

Gülayə Mecid