ABŞ prezidenti Co Bayden Konqresin əsas komitələrinin rəhbərlərinə məktub göndərərək, F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı rəsmi bildiriş prosesinə başlamaq niyyətini açıqlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qırıcıların Türkiyəyə satılması prosesi Ankaranın İsveçin NATO-ya daxil olmasını ratifikasiya etməsi ilə paralel şəkildə həyata keçiriləcək. 

Bayden Senatın Xarici Əlaqələr və Nümayəndələr Palatasının Xarici Əlaqələr komitələrinin yüksək səviyyəli Respublikaçı və Demokrat üzvlərinə yazdığı məktubda Konqresi satışı gecikmədən təsdiqləməyə çağırıb.

Ağarza Elçinoğlu