Rusiyanın Belqorod vilayətində vurulan İl-76 hərbi-nəqliyyat təyyarəsinin hər iki qara qutusu aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, hər iki qara qutunun texniki vəziyyəti yaxşıdır.

"Hər iki qara qutu - uçuş parametrlərini qeyd edən cihaz və səs yazıcısı aşkar edilib. Tapılan qara qutular müstəntiqlərə təhvil verilib", - deyə qeyd olunub.