Aylardır davam edən İsrail-HƏMAS müharibəsində ölən jurnalistlərin sayı açıqlanıb.

“Unikal” xəbər verir ki, bu barədə Fələstin hökuməti yazılı açıqlama yayıb. Belə ki, 7 oktyabr 2023-cü ildə başlanan müharibədə 119 jurnalist həyatını itirib. Bu, İkinci Dünya Müharibəsində 69 jurnalistin, 20 illik Vyetnam müharibəsində 63 jurnalistin, 3 il çəkən Koreya Müharibəsində isə 17 jurnalistin həyatını itirməsindən dəfələrlə çoxdur. 

Zərifə Nağıyeva