Ukrayna Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırmanın aparılmasında israrlı olacaq. 

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, təyyarə qəzasının Rusiya ərazisində, Ukraynanın nəzarətindən kənarda baş verdiyini nəzərə alaraq, bütün aydın faktları araşdırmaq lazımdır.

Ukrayna prezidenti həmçinin bildirib ki, hadisə ilə bağlı Ukraynanın müdafiə naziri Rustem Umerov, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Baş Qərargah rəisi Sergey Şaptala və Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Kirill Budanovun məlumatlarını dinləyib.

Qeyd edək ki, ötən gün Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Hadisə nəticəsində 65 ukraynalı məhbus və 9 nəfər rusiyalı ölüb. 

Ağarza Elçinoğlu