Afinada mərkəzi bankın yaxınlığında əldəqayırma partlayıcı qurğu partlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası ERT məlumat yayıb. 

Bomba səhər saatlarında partlayıb. Hücum edənlər Petralona bölgəsindəki bank filialının girişinə qaz bombası yerləşdirib və onu qoruyucu və detonatordan istifadə edərək işə salıblar.

Partlayış nəticəsində bankın fasadına maddi ziyan dəyib. Araşdırmalar davam etdirilir. 

Gülayə Mecid