Sabiq prezident, ABŞ Respublikaçılar Partiyasının aparıcı namizədi, milyarder Donald Tramp Lakoniya şəhərində (Nyu-Hempşir) çıxışı zamanı şok açıqlama verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Dünya Ticarət Mərkəzinin qüllələrinə hücum olmadığını bildirib. 

Siyasətçinin sözlərinə görə, “o dörd il susdurulub, amma indi Tramp öz sözünü deməyə qadirdir": 

"Mən hər zaman deyirəm: Dünya Ticarət Mərkəzinin qüllələrinə hücum olmayıb, bizə göstərdikləri kimi heç bir hücum olmayıb və bu işdə başqa ölkələr iştirak edib...". 

Tramp hesab edir ki, adı açıqlanmayan qüvvələrin hərəkətləri milyonlarla insanın ölümünə və 9 trilyon dollar məbləğində böyük və israfçılığa səbəb olub. Bundan əlavə, Birləşmiş Ştatlar özünü Yaxın Şərqdə müharibəyə cəlb edib.  

"Biz milyonlarla insanı öldürdük... və nəyə nail olduq? Heç nə! Biz yalnız ölüm və qan aldıq" , - deyə Tramp bildirib. 

Xatırladaq kii, rəsmi versiyaya görə, 2001-ci il sentyabrın 11-də terrorçular ABŞ-də 4 təyyarəni qaçırıb, ikisi isə Dünya Ticarət Mərkəzinin qüllələrinə hücum edib. Terror aktı nəticəsində 2977 nəfər həlak olub, 24 nəfər itkin düşüb.