Şəkidə 60 yaşlı kişi yıxılaraq ağır xəsarətlər alıb.
"Unikal"ın məlumatına görə, hadisədən sonra 1964-cü il təvəllüdlü Abdullayev Məmmədrahim Alməmməd oğlu Şəki Rayon Mərkəzi Xəstəxsnasına yerləşdirilib.
Müayinə zamanı 60 yaşlı kişiyə bədəninin bir neçə hissəsində, o cümlədən, qalça, çanaq və qasıq sümüyünün sınıqları diaqnozu qoyulub və müalicəsi xəstəxanada davam etdirilir.
M.Abdullayevin yolda gedərkən yıxılaraq xəsarət aldığı ehtimal olunur.
Faktla bağlı araşdırmalar aparılır.
Seymur Əli