Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində vətəndaşlar tərəfindən odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, tədbirlər zamanı polis əməkdaşları müxtəlif kalibrli 7 tüfəngi təhvil götürüblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.