Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətindən sonra Ukraynanın paytaxtı Kiyevdən Lvova köçürəcəyi  ilə bağlı fikir bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə Judging Freedom YouTube kanalına müsahibəsində müvafiq açıqlama verib.

"Müdafiə Nazirliyindən kimsə əsaslandırıb ki, döyüşlər bitəndə Ukrayna hökuməti Kiyevi tərk edib qərbə, Lvova gedəcək", - polkovnik bildirib.

Onun sözlərinə görə, Lvov əvvəllər Qərbi Ukraynanın paytaxtı olduğu üçün bu cür manevrlər yenilik deyil.

Makqreqorun sözlərinə görə, paytaxt Rusiya qoşunlarının Kiyevə ehtimal yaxınlaşması səbəbindən köçürülə bilər.

Bundan əvvəl ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter Rusiya Silahlı Qüvvələrinin Odessaya  yaxınlaşmasının Ukrayna üçün həlledici məqam olacağını bildirmişdi . O qeyd edib ki, bu, Kiyevin Rusiya hərbi əməliyyatlara başlamazdan, Odessanı ələ keçirmədən və Ukraynanın Qara dənizə çıxışını məhdudlaşdırmadan əvvəl münaqişəyə yenidən baxması üçün son şans olacaq.