Argentinanın İnfrastruktur naziri Gilermo Ferraro Nazirlər Kabinetinin iclasının məzmunu ilə bağlı məlumatların sızmasından sonra prezident Xavyer Miley tərəfindən vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə  TN telekanalı məlumat yayıb.

Prezident məlumatın sızmasına görə Ferraronu günahlandırıb və ona əsaslı faktlar təqdim edib. 

Hökumət istefanı təsdiqləməsə də, Miley özü "X" sosial şəbəkəsində İnfrastruktur Nazirliyinin fəaliyyətini dayandıracağını və meqa İqtisadiyyat Naziri Toto Kaputonun idarə etdiyi departamentə çevriləcəyini bildirən yazı paylaşıb. Bu məlumat doğru çıxsa, Argentinada cəmi səkkiz nazirlik qalacaq. Miley bundan əvvəl ötən il dekabrın 10-da vəzifəyə gəldikdən sonra nazirliklərin sayını 18-dən 9-a endirmişdi.

Gülayə Mecid