Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfər edib. 

"Unikal" xəbər verir ki, Paşinyanı Tbilisi beynəlxalq hava limanında Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb.

Bu gün Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Baş nazir Paşinyanın Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək söhbəti də planlaşdırılır.

***11:26

Emənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gələcək.

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb. 

Bildirilir  ki, Ermənistanın baş naziri Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşəcək və Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyasının iclasında iştirak edəcək. 

İki ölkənin baş nazirləri jurnalistlərə açıqlamalar verəcəklər.

Gülayə Mecid