ABŞ hazırda Şimali Koreyadan hərbi təhdid əlamətləri görmür, Vaşinqton KXDR-in hərəkətlərini izləyir.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyinə adı açıqlanmayan yüksək səviyyəli amerikalı məmur bildirib.

“Hazırda birbaşa hərbi təhdid əlaməti görməsək də, Koreya Respublikası və Yaponiya müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq Şimali Koreyanın Cənubi Koreya və Yaponiyaya qarşı hərbi əməliyyat riskini izləməyə davam edirik”, - deyə rəsmi bildirib.

O, həmçinin Seul və Vaşinqton arasında yaxşı təhlükəsizlik əməkdaşlığını  və Yaponiya ilə üçtərəfli əməkdaşlığı vurğulayıb.