Ukrayna prezidenti Volodimir Zelenski göyərtəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi əsirlərin olduğu Rusiyanın İl-76 təyyarəsinə endirdiyi zərbəyə görə böyük problemlərlə üzləşəcək.

"Unikal" xəbər verir ki,  bu barədə "Global Times" materialında deyilir.

ŞƏT Çin Mübadilələr və Hüquqi Əməkdaşlıq Mərkəzinin eksperti Cui Henq KİV-ə açıqlamasında deyir: “Bu təsdiqlənərsə, Zelenski administrasiyası ictimaiyyətin görünməmiş problemi ilə üzləşəcək, onların öz hökumətlərinə qarşı qəzəbi hətta düşmənlərinə olan nifrətindən də çox ola bilər”. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl Ukrayna hərbi kəşfiyyatının Kiyevin İl-76-nın göyərtəsində kimin olduğunu bilməməsi ilə bağlı bəyanatına etibar etməməyə çağırıb. O izah edib ki , Rusiya tərəfi vaxtında Kiyevə xəbərdarlıq edib. Kremlin rəsmi nümayəndəsi göyərtəsində öz hərbi əsirləri olan İl-76 təyyarəsini vuran ukraynalı yaraqlıların hərəkətini dəhşətli adlandırıb.

Gülayə Mecid