İranın Zahidan şəhərində terrorçular polis bölməsinə silahlı hücum edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zahidanın polis rəisi açıqlayıb. 

Onun sözlərinə görə, motosikletlərlə binaya yaxınlaşan şəxslər polis bölməsini atəşə tutublar. Polis onlara cavab atəşi açıb. 

Terrorçular hadisə yerindən qaçıblar. Onların tutulması istiqamətində işlər davam etdirilir.

Hadisə nəticəsində ölən və ya yaralananların olması barədə məlumat yoxdur. 

Ağarza Elçinoğlu