Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu öldürülüb.

"Terror yuvalarını dağıtmağa davam edirik. İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən öldürülüb. Terrorla və terrorçularla mübarizəmiz əzmlə, artan templə davam edəcək".