Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyası prosesini başa çatdırmaq üçün addımlar atmağa razılaşıblar.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İrəvan “Dünyanın kəsişməsi” layihəsinin təfərrüatlarını da təqdim edib. Bundan əlavə, Ermənistanın baş naziri qeyd edib ki, İrəvan Qara dəniz elektrik kabeli layihəsinə böyük maraq göstərir və ona qoşulmaq istəyir.
Xatırladaq ki, Ermənistan-Gürcüstan sərhədinin demarkasiyası üçdə ikisi tamamlanıb. 2019-cu ildə delimitasiya məsələsini - son illərdə ilk dəfə olaraq - Gürcüstan prezidenti Salome Zurabişvili İrəvanda erməni həmkarı Armen Sarkisyanla birgə brifinq zamanı qaldırıb.
Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası və nəticədə demarkasiyası məsələsi SSRİ-nin dağılmasından sonra aktuallaşdı. Keçmiş sovet respublikaları müstəqillik əldə etdilər və sərhədlərin sovet standartları ilə bölünməsi problemli idi.