ABŞ-da kuryer müştərilərə sifarişləri çatdırarkən 4 min dollar dəyərində olan iti oğurlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, buldoq sahibi tərəfindən küçəyə buraxılıb. İt evə qayıtmayanda qadın onun qaçdığını düşünüb və axtarışa başlayıb.

Qonşular itin kuryer tərəfindən oğurlandığını bildiriblər. 

Polis 34 yaşlı Reynier Revilyanı həbs edib. O, 5000 ABŞ dolları məbləğində girov təyin olunduqdan sonra həbsdən buraxılıb.

Üstəlik, həmin şəxsin işlədiyi şirkət də onun müqaviləsinə xitam verib.